Yuxarı

Azərbaycanın tanınmış alimi vəfat etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın tanınmış alimi vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının dosenti Gülxanım Vəliyeva vəfat edib.

Axar.az xəbər verir ki, alim 81 yaşında dünyasını dəyişib.

Gülxanım Vəliyeva 1944-cü il oktyabrın 7-də Bakı şəhərində anadan olub. 1953-1963-cü illərdə Bakı şəhəri 125 saylı orta məktəbdə, 1963-1968-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1970-ci ildən BDU-da çalışıb. 1984-cü ildə “Azərbaycan dili Şərqi Abşeron şivələrinin leksikası” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

1990-cı ildə dosent elmi adını alan Gülxanım Vəliyeva 1968-1970-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, 1970-1983-cü illərdə BDU-nun Türkologiya kafedrasında baş laborant, 1984-1990-cı illərdə Türkologiya kafedrasında baş müəllim, 1990-cı ildən həmin kafedranın dosenti kimi fəaliyyət göstərib. Gülxanım Vəliyeva həmçinin 1985-1990-cı illərdə Filologiya fakültəsinin Həmkarlar İttifaqının sədri, 2000-2001-ci illərdə Bakı Qızlar Universitetində elmi işlər üzrə prorektor, 2008-2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya elmləri üzrə Ekspert Şurasının elmi katibi vəzifələrində çalışıb.

Gülxanım Vəliyevanın əsas tədqiqat sahəsi türkologiya və Azərbaycan dialektologiyası olub. O, 5 dərs vəsaiti, 4 metodik göstəriş və proqram, 40-a yaxın elmi məqalənin müəllifi idi.

Allah rəhmət eləsin!

Tarix
2025.01.12 / 12:29
Müəllif
Axar.az
Digər xəbərlər

4 min azərbaycanlının taleyindən xəbər yoxdur - XİN

BTQ Kanakinin müstəqillik tərəfdarlarını təbrik etdi

İlham Əliyev Delsi Rodrigesə başsağlığı verdi

Bayramov qazaxıstanlı həmkarı ilə danışdı

Rusiyadan baxış: Azərbaycanın ən böyük üstünlüyü...

Ermənistan İsrailin bu oyununda yoxdur - Melkonyan

Milli Məclisin növbəti iclası başladı

Ermənistan bu məlumatları təqdim etmir – DTX

Emin ondan ev istəyən idmançıya görün nə hədiyyə etdi - Video

Paşinyanın İsrailin "erməni soyqırımı"nı tanımasına cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla