Yuxarı

Bərdədə qəza: 3 nəfər yandı, 5 kənd qazsız qaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bərdədə qəza: 3 nəfər yandı, 5 kənd qazsız qaldı

14:30

Bərdə rayonu Mollaisalar kəndi ərazisində avtomobil qaz xəttinə çırpılıb, beş kəndin qaz təminatında fasilə yaranıb.

Axar.az Report-a istinadla xəbər verir ki, “Hunday Aksent” markalı minik avtomobili yanvarın 13-də gecə saatlarında hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı qaz xəttinə çırpılıb.

Qəza nəticəsində qaz xəttində baş verən yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Məlumata əsasən, qəza nəticəsində 108 mm-lik qaz xəttinə, həmlinin Qaz Tənzimləyici Məntəqəyə ziyan dəyib. Nəticədə Mollaisalar, Kolayır, Mollaməmmədli, Gülgəzli, Sərkarlar kəndlərinə qazın verilişi dayanıb.

Hazırda qaz təchizatının bərpası üçün işlər davam edir.

***

Bərdə rayonunun Mollaisalar kəndində “Hunday” markalı minik avtomobilinin yol kənarındakı qaz borusuna çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası zamanı 3 nəfər yanıq xəsarəti alıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub, yanğın söndürülüb.

Tarix
2025.01.13 / 14:41
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla