Yuxarı

Adnan Əhmədzadə bu klubun sponsoru olur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birinci Liqada çıxış edən "Mingəçevir" klubu yanvarın 15-də yeni sponsoruna qovuşacaq. Bölgə təmsilçisi ASTA ilə (Azerbaijan Sport Talents Academy) əməkdaşlığa başlayacaq.

Bu barədə Axar.az-a Futbolun İnkişaf Fondundan (FİF) məlumat verilib.

Tərəflər arasında müqavilənin imzalanma mərasimi sabah Bakıda keçiriləcək. Tədbir məhz FİF-in təşkilatçılığı ilə baş tutacaq. Qurum digər bölgə klubları kimi "Mingəçevir"ə də tərəfdaş tapmaqda köməklik edib.

ASTA iş adamı Adnan Əhmədzadəyə məxsusdur. Bu ad altında hazırda aşağı yaş qrupu üzrə liqalarda komandalar çıxış edir. Bundan əlavə, şirkət istedadlı azərbaycanlı futbolçuların ölkə xaricində - Barselonada uzunmüddətli təlimini təşkil edir.

Adnan Əhmədzadə SOCAR-da yüksək vəzifə tutub. O, ötən ilin noyabr və dekabr aylarında "Barselona"nın əfsanəsi Ronaldinyonu, klub prezidenti Xuan Laportanı və "İnter Mayami"nin ulduzları - Lionel Messi, Luis Suares, Xordi Alba və Serxi Busketsi Azərbaycana dəvət etməsi ilə gündəmə gəlmişdi.

Tarix
2025.01.14 / 21:50
Müəllif
Axar.az
Digər xəbərlər

2024 ölkə iqtisadiyyatı üçün uğurlu il olub

Qondarma rejim hərbçilərə maaşı necə verirdi? - Saakyan

Ermənistan daha iki tələbimizi yerinə yetirməlidir

Putin-Tramp görüşü Bakıda olacaq? - Ekspert

Zirəddin Ukrayna danışıqları ilə bağlı proqnoz yaydı

Sülh mətni hazırdır: saziş nə vaxt imzalana bilər?

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Uitkoff Moskvadan Bakıya gəlib? - Sensasion səbəb

Müqavilə mətnində bu barədə bənd yoxdur - Mirzoyan

Sülh sazişi bu ölkədə imzalana bilər - Zülfüqarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla