Yuxarı

Yarım milyona yaxın malı oğurlandı: Bacısı oğlanları saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yarım milyona yaxın malı oğurlandı: Bacısı oğlanları saxlanıldı

Bakıda tikinti avadanlıqları materiallarının satışını həyata keçirən "Brend Plas" Məhdud Məhsuliyyətli Cəmiyyətindən (MMC) külli miqdarda oğurluq edilib.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, aparılan araşdırma zamanı hadisənin Brend Plas MMC direktoru Müzəffər Cəfərovun bacısı oğlanları tərəfindən törədilməsi məlum olub.

Şirkətin əsas fəaliyyəti tikinti avadanlıqları materiallarının satışını həyata keçirmək olub. Sahibkar malları əsasən ölkə daxilində fəaliyyət göstərən, həmçinin Türkiyə və Gürcüstandakı şirkətlərdən alaraq, təsis etdiyi şirkətinə gətirməklə satışını həyata keçirib. Azərbaycan Respublikası Dəmir Yolları QSC vasitəsi ilə gətirilən yüklər şirkətin 400 kv.metr olan anbarında, yerdə qalan mallar isə aylıq 1008 manat ödəniş edilməklə QSC-nin anbarında saxlanılıb.

Sahibkar Müzəffər Cəfərov aylıq 700 manat maaş qarşılığında 2005-ci ildə İmişli şəhərində doğulmuş bacısı oğlu Rəvanı fəhlə kimi işə götürüb. Rəvan da dayısı ilə münasibətlərindən istifadə edərək Azərbaycan Dəmir Yollarında yerləşən anbardan oğurluq edib. Rəvan oğurluğu 1997-ci il təvəllüdlü İmişli rayon sakini, xalası oğlu (Müzəffər Cəfərovun digər bacısının oğlu - red.) Elsevər adlı şəxslə birlikdə törədib. Onlar QSC mühafizəçiləri Bəşir və Rəhman adlı şəxslərə darvazanı açdıraraq, oğurluq hadisəsini həyata keçiriblər.

Hadisədən xəbər tutan sahibkar şirkətdə 2020-2023-cü illəri əhatə edən təftiş yoxlaması aparıb. Nəticədə müəyyən edilib ki, həmin illər üzrə şirkətə məxsus 348.119 manat dəyərində mal çatışmır. Hadisəyə görə Müzəffər Cəfərovun bacısı oğlanları həbs olunsa da, sahibkar məhkəmədə onlardan şikayətçi olmadığını deyib.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Rəvana 1 il 11 ay 26 gün, Elsəvərə 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Sahibkarın hər iki bacısı oğlu cəza çəkdikləri müddətdə elektron qolbaqda gəzəcəklər.

Tarix
2025.01.16 / 15:39
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

İlham Əliyev və Pelleqrini Devin qəsrində

İlham Əliyev Azadlıq Qapısı abidəsini ziyarət etdi - Foto

Heydər Əliyev Fondu ilə İSESKO arasında saziş imzalandı

Bunu diqqətdən kənarda qoymamalıyıq - Prezident

Sahibə Qafarova Arakçı ilə görüşdü

Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi

Bu icra məmurları ilə bağlı mühüm qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla