Yuxarı

TƏBİB İmişlidəki qəzada yaralanan qızla bağlı məlumat yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TƏBİB İmişlidəki qəzada yaralanan qızla bağlı məlumat yaydı

18.01.2025-ci il tarixində İmişli rayonu, Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə xəsarət alan və Yeni Klinikaya təxliyə olunan qızın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Axar.az xəbər verir ki barədə TƏBİB-dən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunur ki, 2015-ci il təvəllüdlü uşağın sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərdə təktərəfli pnevmotoraks aşkarlanıb. Döş qəfəsi balonu yerləşdirilib.

Sağ təpə sümüyündəki tək tərəfli sınıq və beyindəki ağır ödəm səbəbi ilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilib.

Zəruri bütün tibbi müdaxilələr edilib və Uşaq Reanimasiyası şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, ötən gün İmişli rayonu ərazisində xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.

Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

Tarix
2025.01.19 / 15:23
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla