Yuxarı

Azyaşlının ölümünə səbəb olan həkim barədə hökm

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azyaşlıya düzgün diaqnoz qoymayaraq ölümünə səbəb olmaqda təqsirləndirilən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının həkim-infeksionisti Elton Musayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Axar.az Report-a istinadən xəbər verir ki, Kürdəmir Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, ona iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Həmçinin Elton Musayev iki il altı ay müddətə həkim peşə fəaliyyəti (dövlət və ya özəl tibbi və yaxud tədris müəssisələrində) ilə məşğul olmaq hüququndan məhrum edilib.

İttihama görə, Kürdəmir rayon sakini Roman Qəribov 2023-cü ilin noyabr ayında dörd yaşlı oğlu Rüfət Qəriblini müayinə olunmaq üçün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıb.

Rüfət Qəriblini xəstəxananın həkim-infeksionisti Elton Musayev müayinə edərək ona yanlış olaraq “Ağırlaşması olmayan qızılca” diaqnozu təyin edib.

İttihamda bildirilib ki, həkim təyin edilən diaqnozu dəqiqləşdirmək üçün hər hansı bir müayinələr aparmayıb, diaqnoz əsaslandırılmayıb, xəstədə ağciyərlərin pnevmoniyasını müəyyən etməyib, onun vəziyyətinin ağırlıq dərəcəsini nəzərə alaraq təcili müalicəyə cəlb etməli olduğu halda bunları etməyib.

Nəticədə həkimin göstərdiyi tibbi xidmətin yetərsizliyi səbəbindən Rüfət Qəribli kəskin tənəffüs çatışmazlığından ölüb.

Zərərçəkən Roman Qəribov prosesdə təqsirləndirilən Elton Musayevə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.

Elton Musayev Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

Tarix
2025.01.23 / 17:29
Müəllif
Axar.az
Digər xəbərlər

Veldkamp da Azərbaycan sərhədinə gəldi - Foto

İndi həmin o böyük qardaş Brüsseldir - Prezident

Biz Cənubi Qafqazda sülh qurmalıyıq - Prezident

Gecə-gündüz casus kimi sərhədlərimizdə dayanırlar...

Biz bunu ən azı 20 ildir edirik... - Prezident

Afina Ermənistan üçün sərhədimizdə, görün, nə tikib...

Prezident: Biz işğal illərini yaddan çıxarmayacağıq

COP29 bəzi Qərb mediasında kampaniyalarla müşayiət olundu

İlham Əliyev Roma Papasına məktub göndərdi

COP29-un Azərbaycanda keçirilməsi bundan xəbər verdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla