Yuxarı

ADAU türk müəllimə 13 min, öz dosentinə 36 min pul verəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADAU türk müəllimə 13 min, öz dosentinə 36 min pul verəcək

Azərbaycan Dövlət Aqrar Universiteti əcnəbi professor müəllim və inzibati heyətin xərclər müqaviləsi çərçivəsində 3 müəllimlə 75,744 min manatlıq müqavilə imzalayıb.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, ali təhsil müəssisəsi satınalma müqaviləsini Türkiyənin Ege Universitetinin müəllimləri Edip Açıl və Zülal Mətinər, eləcə də ADAU-nun “Bitki mühafizəsi” kafedrasının dosent əvəzi Lamiyə Quliyeva ilə imzalayıb. Müqaviləyə əsasən Edip Açıla 26,746.68 AZN, Zülal Metinerə 13,373.28 AZN, Lamiyə Quliyevaya 35,625 AZN ödəniləcək.

Razılaşmaya əsasən müəllimlərin fəaliyyəti bu ilin yanvar ayının 14-dən başlayıb, dekabr ayının 31-nə qədər davam edəcək.

Qeyd edək ki, müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

Xatırladaq ki, Dövlət Aqrar Universiteti “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Türkiyənin Ege Universitetinidən müəllim heyətinin cəlbinə 300 min manat xərcləyib. Ötən il əcnəbi professor müəllim və inzibati heyətin xərclər müqaviləsi çərçivəsində 13 müəllimlə müqavilə bağlanıb.

Tarix
2025.01.23 / 21:22
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla