Yuxarı

Azərbaycanda bu institut ləğv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda bu institut ləğv edildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ləğvi barədə qərar qəbul edilib.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, müvafiq qərar bir neçə gün əvvəl AMEA-nın Rəyasət Heyəti tərəfindən verilib.

Bildirilib ki, Rəyasət Heyəti AMEA-nın cəmi 18 nəfər elmi işçidən ibarət olan Qafqazşünaslıq İnstitutunun saxlanılmasını məqsədəmüvafiq hesab etməyib və onun fəaliyyətinə xitam verilməsi haqqında qərar qəbul edilib.

“İnstitutun Qafqaz tarixi ilə əlaqədar şöbələrinin əməkdaşları Tarix və Etnologiya İnstitutunda, siyasi elmlərə aid olan əməkdaşları isə Fəlsəfə və Sosiologiya İnstitutunda yaradılan bu sahələrə aid genişləndirilmiş yeni şöbələrdə elmi tədqiqat işlərini daha əhatəli şəkildə davam etdirəcəklər”, - deyə AMEA-dan bildirilib.

Xatırladaq ki, Qafqazşünaslıq İnstitutu 29 aprel 2015-ci iltarixində AMEA-nın ümumi yığıncağının qərarına əsasən yaradılmışdı. Qafqazşünaslıq İnstitutunun ilk direktoru Milli Məclisin deputatı, professor Musa Qasımlı olub. O, 2015-2024-cü illərdə həmin vəzifədə çalışıb.

Qafqazşünaslıq İnstitutunun hazırkı rəhbəri siyasi elmlər doktoru Ramilə Dadaşovadır. O, 2024-cü il oktyabrın 21-də AMEA Rəyasət Heyətinin qərarına əsasən Qafqazşünaslılq İnstitutunun direktor vəzifəsini icra edən təyin edilib.

Tarix
2025.01.27 / 14:01
Müəllif
Axar.az
Digər xəbərlər

Donald Tramp “Bakı Enerji Həftəsi”nə məktub ünvanladı

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul etdi

Bakıdan Ermənistana buğda və taxıl göndərildi

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

Ərdoğan Bakıdakı bu tədbirin iştirakçılarına məktub ünvanladı

Nizaminin abidəsinə qarşı hörmətsizlik... - Səfirlik

Paşinyandan Bakı və Ankara açıqlaması

Ermənistanda siyasi gərginlik təhlükəli mərhələyə daxil olub

Netanyahunun DNT nəticəsi açıqlandı: iranlı imiş - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla