Yuxarı

Bakıda bağırsaq yuyulması üçün klinikaya gedən kişi öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bağırsaq yuyulması üçün klinikaya gedən kişi öldü

Bakıda klinikalardan birində ölüm hadisəsi baş verib.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü Ceyhun Akif oğlu Süleymanov yanvarın 21-də müalicə aldığı "Medilife" klinikasında dünyasını dəyişib.

C.Süleymanov yanvarın 21-də ilk olaraq Bakıxanov qəsəbəsində yerləşən "Stimul" klinikasına hidrokolonoterapiya (bağırsaq yuyulması) üçün müraciət edib. Müraciətinin səbəbi mədə-bağırsağında olan problemlə bağlı olub.

"Stimul" klinikasında narkoz həkimi olmadığı üçün onu "Medilife" klinikasına yönləndiriblər.

"Medilife" klinikasında həkim Ləman Xasıyeva tərəfindən bağırsağı yuyulan C.Süleymanov bir neçə saat sonra dünyasını dəyişib. Mərhumun ölümü ilə bağlı ailəsinə dəqiq məlumat verilmir. İlkin məlumat olaraq bildirilib ki, mərhumun təzyiqi qalxıb. Mərhum ailəli olub, 2 övladı var idi.

Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi açılıb.

Tarix
2025.01.27 / 16:47
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla