Yuxarı

“Nar”dan bu şəxslər üçün peşə təlimlərinə dəstək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnklüziv cəmiyyətin inkişafına dəstəyinin davamı olaraq, “Nar” “Karlara Dəstək” İctimai Birliyi ilə birgə nitq və eşitmə məhdudiyyətli şəxslər üçün keçirdiyi modelyer-dizayner ixtisası üzrə peşə təlimlərini uğurla tamamlayıb.

Üç ay davam edən təlimlərdə 18-40 yaş arasında olan nitq və eşitmə məhdudiyyətli 10 nəfər iştirak edib.

Layihə çərçivəsində iştirakçılar yeni peşə öyrənərək cəmiyyətə inteqrasiya olmaq, öz yaradıcılıq potensiallarını üzə çıxarmaq və müstəqil karyera qurmaq imkanı qazanıb. Təlimlər zamanı onlara modelyer-dizayner peşəsinin incəlikləri, o cümlədən parça seçimi, eskizlərin yaradılması və hazır məhsulun hazırlanması kimi praktiki bacarıqlar öyrədilib. Praktiki biliklərlə yanaşı, nəzəri biliklərin də yer aldığı proqram onların gələcəkdə peşəkar fəaliyyətlərini uğurla davam etdirmələrinə zəmin yaradır.

Sosial məsuliyyəti əsas fəaliyyət istiqamətlərindən biri kimi qəbul edən “Nar” inklüzivlik, təhsil və regional inkişaf sahələrində mühüm layihələr həyata keçirir. Mobil operator fiziki imkanları məhdud şəxslərə yönəlik sosial layihələrə dəstəyini davam etdirərək hər bir fərdin bərabər imkanlara sahib olmasına töhfə verməyi qarşısına məqsəd qoyur.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Tarix
2025.01.28 / 14:11
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh sazişi bu ölkədə imzalana bilər – Zülfüqarov

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Şimali Makedoniya prezidentinin Azərbaycana səfəri başa çatdı

Azərbaycan Avropa ölkələri ilə əlaqələri genişləndirir

Bayramovla Georgiyev arasında təkbətək görüş başladı

Sülh sazişi razılaşdırıldı: Bakının əsas narahatlığı qalır

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla