Yuxarı

Qızdırma ilə xəstəxanaya çatdırılan gəncin ölüm səbəbi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:30

Zaqatalada gənc oğlan qızdırmadan ölüb.

Axar.az lent.az-a istinadən xəbər verir ki, rayonun Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü Əhməd Şüay oğlu Əliyev yanvarın 26-da yüksək qızdırma ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

O, bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

Zaqatala rayonu Yeni Suvagil kənd sakini, 1998-ci il təvəllüdlü Əhməd Şüay oğlu Əliyevin ölüm səbəbi açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, 1998-ci il təvəllüdlü Ə.Əliyev 25 yanvar saat 13:15-də Zaqatala Rayon Mərkəzi Xəstəxanasının I Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə pnevmoniya diaqnozu ilə daxil olub.

"Eyni tarixdə Terapiya şöbəsinə hospitalizasiya olunub və müayinə zamanı xəstədə Giyen Bar sindromu, proqressivləşən polineyropatiya aşkarlanıb. 26 yanvar saat 01:10-da Reanimasiya şöbəsinə hospitalizasiya olunub, oksigen aparatına qoşulub, proqressivləşən tetraparez, Bulbar sindromu diaqnozları təyin edilib, vəziyyəti kritik ağır olaraq dəyərləndirilib.

Göstərilən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, 30 yanvar saat 08:10-da ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.

Tarix
2025.01.30 / 17:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovla Georgiev arasında təkbətək görüş başladı

Sülh sazişi razılaşdırıldı: Bakının əsas narahatlığı qalır

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla