Yuxarı

Plastik cərrahlarla bağlı nazirliyə 62 dəfə şikayət edilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi yanında yaradılan Təftiş Komissiyasına müraciət müddəti 31 yanvar tarixində sona çatıb. Göstərilən tarixədək Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada təqdim edilib.

Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlayacaq. Yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Sənəd təqdim etməyən və təqdim etdiyi sənədlərdə uyğunsuz olan plastik cərrahların bundan sonrakı fəaliyyətinin necə olacağı maraq doğurur.

Axar.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Modern.az-a bildirilib ki, mərkəz tərəfindən fəaliyyət istiqaməti və ixtisasından asılı olmayaraq, müvafiq qeydiyyat nömrəli lisenziyalı sahibkarlıq subyektlərinə qanunvericiliklə müəyyən olunan qaydada həm planlı və həm də plandankənar yoxlamaların aparılması ilə, lisenziyasız təsərrüfat obyektlərində isə müraciətlər əsasında plandankənar yoxlamaların keçirilməsi ilə tibbi fəaliyyətlərinə nəzarət edilir:

“İstər lisenziyalı, istər lisenziyasız müəssisələrdə aşkar edilən inzibati xəta inzibati tənbeh tədbirinin seçilməsi ilə tərtib edilən protokol aidiyyəti üzrə növbəti icraata göndərilir. İnzibati xəta təkrarlanarsa yenidən eyni qayda ilə inzibati xəta haqqında protokol tərtib olunur.Tibbi müdaxilə nəticəsində sağlamlığına zərər dəyən vətəndaşın vaxt itirmədən səhhətində yaranan problemin yerində qiymətləndirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizanın rəyini əldə etmək, eləcə də mövcud məsələ ilə bağlı olaraq aidiyyəti qurumlara, xüsusilə hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət etmək hüququna malik olması diqqətinə çatdırılır”.

Mərkəzdən bildirilib ki, tibb təhsili olmayan şəxslərin tibbi praktiki fəaliyyəti yolverilməzdir:

“Əks halda tibb təhsili olmayan şəxslər barəsində vətəndaş və ya müvafiq dövlət orqanları tərəfindən daxil olan müraciətlər aidiyyəti üzrə araşdırılaraq qanunvericiliklə müəyyən olunan qaydada müvafiq tədbirin görülməsinə əsasdır.Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzbati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir. Belə ki, təkcə 2024-cü il ərzində plastik cərrahlarla bağlı 62 şikayət daxil olub və müvafiq plandankənar yoxlamalar aparılıb”.

Tarix
2025.02.03 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Azərbaycan dilini bilir?

5 seçki məntəqəsinin nəticələri ləğv edildi

Ceyhun Bayramov Baiba Braje ilə danışdı

Bakıda eşitdiklərim bunlar idi: tam fərqli... - Qrono

Spikerdən Aqil Abbasa irad: bu, parlament sözüdür?

Onların azadlığa çıxması vacib məsələlərdəndir - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Suriya bizim üçün mənəvi vətəndir - Deputat

Köçəryanla görüş: Əliyevin sensasion gedişi - Nazir açıqladı

DTX və DİN 8 nəfəri belə məhv etdi – Əməliyyat çəkilişi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla