Yuxarı

Bülbüloğlunun 80 illik yubileyi qeyd olundu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bülbüloğlunun 80 illik yubileyi qeyd olundu - Foto

Heydər Əliyev Sarayında xalq artisti Polad Bülbüloğlunun 80 illiyinə həsr olunmuş yubiley gecəsi təşkil olunub.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, yubilyar əvvəlcə tədbiri "Şən Azərbaycan" mahnısı ilə açıb.

Sonra çıxış edərək, ona və sənətinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına təşəkkür edib:

"80 il, 80 ildi. Necə olacaq gələcəyi - heç kim bilmir. Amma çox xoşbəxtəm ki, buradayam. Çox hörmətli Prezidentimiz İlham Əliyevin məni 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdiyinə görə minnətdarlığımı bildirirəm".

Tədbirdə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Polad Bülbüloğlunu təbrik edib və ünvanına xoş sözlər səsləndirib.

Daha sonra Polad Bülbüloğlu "Əziz diyarım" mahnısını nəvələri ilə ifa edib.

Xalq artistinin qızı Leyla atasını təbrik edib: "Atam bizə həyatda güclü olmağı, arzularımızın arxasınca getməyi tövsiyə edib. Övladları olaraq 30 il də ona ömür arzu edirik ki, Şuşada yaşasın".

Qeyd edək ki, tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimai-siyasi şəxslər iştirak ediblər.

Tarix
2025.02.04 / 22:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla