Yuxarı

Təyyarəmizin "Pantsir"lə vurulması... - Rusiyadan reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarəmizin "Pantsir"lə vurulması... - Rusiyadan reaksiya

Rusiya tərəfi AZAL-ın təyyarəsində aşkar edilmiş yad elementlərin nümunələrini hələ də almayıb.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Rusiya telekanalına ölkənin aviasiya xidmətindəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, aşkar edilmiş nümunələrə çıxış imkanı olmadığına görə xarici KİV-lərin təyyarənin “Pantsir” Hava Hücumundan Müdafiə raket sistemindən vurulması ilə bağlı iddiaları əlavə araşdırma tələb edir.

Qeyd edək ki, qəza ilə bağlı ilkin hesabatda AZAL təyyarəsinin qəzadan öncə "füzelyajını dəlib keçən" çoxsaylı zədələrin olması faktının aşkarlandığı bildirilir. Həmin zədələr hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub.

"Röyters" isə Azərbaycan hökumətindəki mənbəyə istinadla təyyarənin "Pantsir"lə vurulmasını təsdiqləyən sübutların olduğunu, o cümlədən "Pantsir"in fraqmentlərinin tapıldığını bildirib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Tarix
2025.02.05 / 01:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla