Yuxarı

Nazirlikdən küləkli hava ilə bağlı daha bir açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən küləkli hava ilə bağlı daha bir açıqlama

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova əhalini verilən hava xəbərdarlıqlarına diqqət göstərməyə çağırıb.

Axar.az xəbər verir ki, nazirlik rəsmisi hazırda Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin əsdiyini bildirib.

“Sinoptiklərin məlumatına görə, yaxın günlərdə Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraiti davam edəcək və küləyin sürəti narıncı xəbərdarlıq şkalasına keçəcək. Sarı və narıncı xəbərdarlıq güclü küləkli hava dəyişkənliyindən xəbər verir və gözlənilən meteoroloji şəraitdən xəbərdar olmaq, qarşısı alına biləcək risklərdən uzaq olmaq anlamına gəlir. Buna görə də sinoptiklərin verdiyi xəbərdarlıq məlumatlarını ciddiyə alaq, çünki verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür”, - o bildirib.

İ.İbrahimova vurğulayıb ki, xüsusən də güclü külək zamanı irigövdəli ağacların, tikinti sahələrinin, yüngül konstruksiyalı örtüklərin yaxınlığında dayanmaq olmaz:

“Tövsiyəmiz odur ki, ehtiyat tədbirlərini unutmayaq, diqqətli davranaq. Qabaqcadan tədbirli olaq ki, güclü küləyin yarada biləcəyi fəsadlardan qoruna bilək”.

Tarix
2025.02.05 / 09:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla