Yuxarı

Rusiya məhkəməsindən Elman Paşayevlə bağlı qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya məhkəməsindən Elman Paşayevlə bağlı qərar

Rusiya məhkəməsi azərbaycanlı keçmiş vəkil Elman Paşayevi həbsdə saxlayıb.

Axar.az APA-ya istinadən xəbər verir ki, İkinci Qərb Dairə Hərbi Məhkəməsi dələduzluq işi üzrə təqsirləndirilən E.Paşayevin həbs qətiimkan tədbirinin dəyişidirilməsi ilə bağlı vəsatətinə baxıb.

Vəsatət rədd edilib.

“Həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərar dəyişməz olaraq qalır”, - deyə hakim elan edib.

Qeyd edək ki, yanvarın 13-də Moskva Qarnizonu Hərbi Məhkəməsi Paşayevin həbs müddətini martın 15-dək uzadıb. Həmin iclasda məlum olub ki, keçmiş vəkilin şübhəli şəxs qismində cəlb olunduğu daha bir cinayət işi açılıb. Bu cinayət işi onun narkotik alverçisi Zaxarov sayıdlı birisinə xüsusi hərbi əməliyyat zonasında rahat qalması vədi ilə bağlıdır. İddiaya görə, Paşayevin Zaxarova dövlət mükafatı alacağına, sonra isə azadlığa buraxılacağına söz verib.

Xatırladaq ki, ötən ilin payızında Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə ilk cinayət işi açılıb. İstintaqın versiyasına görə, 2024-cü ilin fevralında bloger Yelena Blinovskayanın əri Aleksey Blinovski ilə Moskvada şəxsi görüşü zamanı Paşayev onu inandırıb ki, külli miqdarda pul mükafatı müqabilində onları əvvəllər onlara qarşı açılmış cinayət işi üzrə məsuliyyətdən azad edə bilər. Bu məqsədlə Paşayevin Blinovskidən 18,5 milyon rubl və 300 min dollar pul aldığı məlum olub.

Tarix
2025.02.05 / 13:43
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla