Yuxarı

Yelena Xaxaleva azadlığa çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda həbs edilən Rusiyanın Krasnodar vilayətinin sabiq hakimi Yelena Xaxaleva azadlığa çıxıb.

Axar.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Yelena Xaxaleva barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və ölkəmizdə saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş Yelena Xaxalevanın qətimkan tədbirinin dəyişdirilməsinə dair apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Məhkəmənin 4 fevral 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri ləğv olunan Y.Xaxaleva barəsində Xəzər Rayon Prokurorluğu tərəfindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bundan başqa, Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən Y.Xaxalevanın ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna daxil olmuş sənədlərə hazırda baxılmaqdadır.

Tarix
2025.02.05 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə xüsusilə bu məsələ barədə danışdıq - Ərdoğan

Putin Sahibə Qafarovanı ordenlə təltif etdi

Ukraynada bu sülhün tərəfdarıyıq - Qurtulmuş

NEQSOL Holding xüsusi tədbir keçirdi - Foto

Ceyhun Bayramov Qazaxıstana getdi

Tofiq Yaqubluya hökm oxundu

Ceyhun Bayramov Katrin Bombergerlə görüşdü

Fransanın təkrar-təkrar səsləndirdiyi bu iddiaları... - XİN

Silahlar Ermənistandan gəlirdi - Saakyan

1992-ci ildə Qarabağda yaşayan ermənilərin sayı... - Qukasyan

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla