Yuxarı

Rusiya məsuliyyətdən hara qədər qaça biləcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya məsuliyyətdən hara qədər qaça biləcək?

Təyyarə qəzası ilə bağlı ilkin hesabat gözlənilməyən, qeyri-adi heç nə üzə çıxartmadı.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Vəli Əlibəyov Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzasına dair açıqlanan ilkin hesabatı şərh edərkən deyib.

Politoloq bildirib ki, təyyarəyə kənar müdaxilə olunduğu foto və videolarla artıq hər kəsə bəlli idi:

“Biz sadəcə bu sübutların, faktların rəsmi təsdiqini gözləyirdik və belə də oldu. Rusiya da günahkar olduğunu yaxşı bilirdi. Sadəcə bu müddət ərzində Rusiya tərəfi mətbuata və sosial şəbəkələr vasitəsi ilə çaşqınlıq yaradaraq, Azərbaycan və Qazaxıstana təzyiq göstərib, nəticələri saxtalaşdırmaq istəyirdi. Lakin istədiyinə nail ola bilmədi, çünki ortada Azərbaycanın qəti iradəsi var.

Rusiyanın indiki halda yeganə yolu üzr istəmək, günahkarların cəzalandırılması və zərərçəkənlərə təzminat ödənilməsi olmalıdır. Doğrudur, Rusiya lideri səviyyəsində üzr istənilib, ancaq günahkarların tapılması və təzminat məsuliyyətindən yayınmağa çalışdığı açıq-aşkardır”.

Ekspertin sözlərinə görə, prosesin bu istiqamətdə davam etməsi Rusiyaya yaxşı heç nə vəd etmir:

“Çünki Azərbaycanın əlində dəlil-sübutlar var və istənilən müstəvidə milli maraqlarını qorumaq imkanına və cəsarətinə sahibdir. Rusiya heç nəyi ört-basdır edə bilməyəcək, bu manipulyasiyaların ömrü çox qısa olacaq, əvəzində Rusiyanın maraqlarına uyğun olmayan ikitərəfli gərginlikdən başqa Kremlə heç nə qazandırmayacaq”.

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi (Pantsir-S) vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

AZAL təyyarəsinin qəzası ilə bağlı ilkin hesabat ötən gün yayılıb. Hesabatda təyyarənin Qroznı səmasında kənar müdaxilə nəticəsində ciddi zədə aldığını və bunun nəticəsində qəzaya uğradığını təsdiqlənib.

Tarix
2025.02.06 / 08:30
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Manatın məzənnəsi barədə qərar verildi

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin cəzası bəlli oldu

Suşi sexində ciddi nöqsanlar aşkarlandı

Baş nazirdən “Sea Breeze Resort”la bağlı qərar

Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi...

Baş nazirdən bu rayonlarla bağlı qərar

Azərbaycan Türkiyəyə başsağlığı verdi

Bakıda QH-nin qərargahı yaradılacaq

Azərbaycanda bu şəxslərin maaşları artacaq - Qərar

Bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının diqqətinə!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla