Yuxarı

"Azercell" şəkili qadın sahibkarları dəstəkləyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lider mobil operator qadınların sahibkarlıq fəaliyyətini və iqtisadi müstəqilliyini dəstəkləməyə davam edir

"Azercell" “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.

“Qadın və biznes – Qadınların sahibkarlıq fəaliyyətinə dair biliklərinin təkmilləşdirilməsi üçün praktiki təcrübə proqramı” çərçivəsində biznesini inkişaf etdirmək istəyən 23 qadın ixtisaslaşmış təlimlərdə iştirak edib. Beynəlxalq təcrübəyə əsaslanan bu proqram biznesin idarə edilməsi, sahibkarlığın hüquqi və maliyyə aspektləri kimi mövzuları əhatə edib.

Yiyələndikləri nəzəri biliklərlə yanaşı, iştirakçılar müxtəlif biznes müəssisələrinə səfərlər edərək uğurlu sahibkarlarla görüşmək və praktiki təcrübə qazanmaq imkanı da əldə ediblər. Layihənin sonunda proqram iştirakçıları biznes planlarını hazırlayaraq gələcək fəaliyyətlərini daha da peşəkar şəkildə idarə etməyi öyrəniblər.

Proqramı uğurla tamamlayan hər bir iştirakçıya müvafiq sertifikat təqdim olunub.

"Azercell"in 2024-cü ilin avqust ayında elan etdiyi bu sosial layihə müsabiqəsinin əsas məqsədi qadınların iqtisadi müstəqilliyini dəstəkləyərək ölkənin dayanıqlı inkişafına töhfə verməkdir.

Tarix
2025.02.06 / 16:33
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovla Georgiev arasında təkbətək görüş başladı

Sülh sazişi razılaşdırıldı: Bakının əsas narahatlığı qalır

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla