Yuxarı

Şəmşad Ağa həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Meydan TV işi" üzrə saxlanılan “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayevin (Şəmşad Ağa) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilən təqdimata baxılıb.

Axar.az Teleqraf.az-a istinadla xəbər verir ki, Xətai Rayon Məhkəmədə istintaq orqanı tərəfindən verilən təqdimat təmin olunub.

Şəmşad Ağayevin barəsində 2 ay 1 gün həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, fevralın 5-də “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Şəmşad Ağa) “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb. Məlumata görə, onun evində axtarış aparılıb. Jurnalist qaçaqmalçılıqda ittiham edilir.

Bundan əvvəl Meydan TV əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.

8 dekabr 2024-cü ildə Xətai rayon Məhkəməsinin qərarı ilə Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirovun hər birinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin həmin dövrdə yaydığı məlumatda adıçəkilən şəxslərin ölkəyə qanunsuz xarici valyuta gətirməklə bağlı daxil olan məlumat əsasında saxlanıldıqları bildirilib.

Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.

Tarix
2025.02.06 / 16:43
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovla Georgiev arasında təkbətək görüş başladı

Sülh sazişi razılaşdırıldı: Bakının əsas narahatlığı qalır

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla