Yuxarı

Deputatlarımız Nyu Yorka səfər edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatları Soltan Məmmədov və Sevil Mikayılova Parlament Sədrlərinin 6-cı Dünya Konfransının, həmçinin Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin təşkilat komitələrinin iclaslarında və BMT-də keçiriləcək parlament dinləmələrində iştirak etmək üçün fevralın 10-da ABŞ-nin Nyu York şəhərinə səfər edəcəklər.

Axar.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin iclasında əvvəlki iclasın hesabatı təsdiqlənəcək, konfransın gündəliyi, proqramı və nəzərdə tutulmuş bəyannamə layihəsi müzakirə ediləcəkdir.

Qadın Parlament Spikerlərinin 15-ci Sammitinin Təşkilat Komitəsinin toplantısında isə ötən il keçirilmiş ikinci iclasın hesabatı qəbul ediləcək, Sammitin təşkilati məsələlərinə baxılacaq və onun ilkin proqramı, o cümlədən diqqət mərkəzində olacaq mövzular razılaşdırılacaqdır.

Səfər çərçivəsində Milli Məclisin deputatları Parlamentlərarası İttifaqın və BMT Baş Assambleyası prezidentinin birgə təşəbbüsü ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin genişləndirilməsi: Maliyyə, İnstitutlar və Siyasət” mövzusunda BMT-nin Baş Qərargahında keçiriləcək parlament dinləmələrində də iştirak edəcəklər.

60-dan çox ölkədən parlamentarilər, məsləhətçi və ekspertlər daxil olmaqla 300-ə yaxın iştirakçınınin qatılacağı dinləmədə Dayanıqlı İnkişaf üzrə 2030 gündəliyini yenidən işə salmağın yolları ətraflı nəzərdən keçiriləcək, bu sahədə parlamentlərin rolu barədə fikir mübadiləsi aparılacaqdır.

Deputatların Nyu Yorka səfəri fevralın 16-da başa çatacaq.

Tarix
2025.02.07 / 16:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramovla Georgiev arasında təkbətək görüş başladı

Sülh sazişi razılaşdırıldı: Bakının əsas narahatlığı qalır

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla