Yuxarı

Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aberdin Universitetində Azərbaycan mədəniyyəti tanıdıldı

Şotlandiyanın Aberdin Universitetinin Azərbaycan Cəmiyyəti hər il universitetdə keçirilən beynəlxalq sərgidə ölkəmizi təmsil edib.

Axar.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan dövlətinin diaspor, gənclər və mədəniyyət siyasətinə, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na və “Azərbaycan Mədəniyyəti - 2040” Milli Mədəniyyət Konsepsiyası və Konsepsiya çərçivəsində 2025-2030-cu illər üçün Birinci Milli Fəaliyyət Planına uyğun olaraq tələbələri müxtəlif təbliğat materialları, milli geyimlər və bayraqlarla təmin edib.

Sərgidə iştirak edən tələbələrə və ziyarətçilərə Azərbaycanın zəngin mədəniyyəti, milli adət-ənənələri və tarixi haqqında geniş məlumat verilib.

Azərbaycana məxsus ekspozisiyada milli kimliyimizə aid müxtəlif mədəni və tarixi elementlər sərgilənib, qonaqlara mətbəximizdən nümunələr, o cümlədən paxlava və şəkərbura təqdim edilib. Ziyarətçilər Azərbaycan bayrağı, onun tarixi və rəmzi mənası barədə məlumatlandırılıb. Bununla yanaşı, onlar UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan kəlağayıları ilə tanış olublar.

Sərgidə qonaqlarda maraq doğuran məqamlardan biri də nərd oyunu olub. Onlara oyunun qaydaları izah olunub.

Tədbir mədəniyyətlərarası dialoqun inkişafına və Azərbaycanın zəngin irsi haqqında maarifləndirməni artırmağa imkan yaratdıb.

Qeyd edək ki, Aberdin Azərbaycan Cəmiyyəti 2023-cü ildə Aberdin Universitetində "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində təhsil alan tələbələr tərəfindən yaradılıb.

Tarix
2025.02.10 / 14:08
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla