Yuxarı

Yusif Baqiyev məsuliyyətə cəlb edildi - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yusif Baqiyev məsuliyyətə cəlb edildi - Rəsmi

İnternet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında təqsirləndirilən Yusif Baqiyev və digərləri məsuliyyətə cəlb edilib.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

İnternet informasiya resurslarından istifadə etməklə qumar oyunlarının təşkil edilməsi və digər qanunsuz hərəkətlərlə bağlı daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Yusif Seyfullah oğlu Baqiyevin Ramil Saadov və digər şəxslərlə mütəşəkkil dəstə halında birləşərək özünə məxsus olan onlayn qumar saytlarının ölkə ərazisində qanunsuz olaraq fəaliyyət göstərməsinə nail olmaqla xüsusilə külli miqdarda qanunsuz gəlir əldə etməsinə, habelə, 2022-ci ildən başlayaraq “Paysis” MMC və “Pulpal” MMC-nin rəhbəri Nasibov Samir Hüseyn oğlu ilə sövdələşərək sonuncuya məxsus pul köçürmə sistemlərində ayrı-ayrı şəxslərin adına elektron pul kisələrinin açılaraq onlayn qumar oyunları nəticəsində əldə edilməklə həmin kisələrə köçürülmüş ümumilikdə 161 milyon manatdan artıq pul vəsaitin müxtəlif şəxslərin adlarına açılmış çoxsaylı kart hesablarına köçürməsi yolu ilə leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı keçirilmiş baxış və axtarışlar nəticəsində iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüşdür.

Toplanmış ilkin sübutlar əsasında Yusif Baqiyev və Ramil Saadova Cinayət Məcəlləsinin 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) və 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə), Samir Nasibova isə həmin Məcəllənin 193-1.3.1 və 193-1.3.2-ci maddələri ilə ittiham elan edilib.

Yusif Bagiyev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Ramil Saadov və Samir Nasibovun barəsində isə istintaq orqanı tərəfindən polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Tarix
2025.02.17 / 16:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla