Yuxarı

Əli Əsədov Tehranda mühüm forumda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Əli Əsədov bu gün İranın paytaxtı Tehranda keçirilmiş Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edərək dənizin dayazlaşması, nəqliyyat dəhlizləri və regionda təhlükəsizlik məsələlərindən danışıb.

Axar.az bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.

Məlumata görə, forum iştirakçıları əvvəlcə Tehran Beynəlxalq Sərgisi çərçivəsində İnnovasiyalar və Texnologiyalar Evi ilə tanış olublar.

Sonra Xəzəryanı dövlətlərin hökumət başçıları məhdud tərkibdə danışıqlar aparıblar. Danışıqlarda Xəzərdə beştərəfli əməkdaşlığın bir sıra mühüm məsələləri nəzərdən keçirilib.

Daha sonra III Xəzər İqtisadi Forumunun plenar iclası olub.

Sessiyada çıxış edən Ə.Əsədov bildirib ki, Xəzər İqtisadi Forumu Xəzəryanı dövlətlər arasında iqtisadi-ticari əməkdaşlığın aktual məsələlərinin müzakirəsi üçün mühüm platformadır. Onun sözlərinə görə, 2022-ci ildə Rusiyanın paytaxtı Moskvada keçirilmiş İkinci Xəzər İqtisadi Forumunun Birgə Kommünikesində ticarət dövriyyəsinin artırılması, regionun investisiya cəlbediciliyinin və Xəzəryanı dövlətlərin iqtisadi rəqabət qabiliyyətinin gücləndirilməsində tərəflərin maraqlı olduğu təsdiqlənib.

Ə.Əsədov Azərbaycan ilə Xəzəryanı dövlətlər arasında iqtisadi-ticari əməkdaşlığın dinamik inkişaf etdiyini diqqətə çatdırıb: “Sevindirici haldır ki, Azərbaycanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi 2024-cü ilin sonunda 6 %-dən çox artıb”.

2018-ci ildə Aktauda imzalanmış Xəzəryanı dövlətlərin hökumətləri arasında iqtisadi-ticari əməkdaşlıq haqqında Sazişin 2023-cü ildə qüvvəyə minməsinin vacibliyini qeyd edən Ə.Əsədov bu Sazişin həyata keçirilməsinin ticarət, sənaye, kənd təsərrüfatı, turizm sahələrində və digər sektorlarda praktik tədbirlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. O, vurğulayıb ki, bu gün Xəzəryanı dövlətlər arasında müxtəlif səviyyələrdə qarşılıqlı fəaliyyətin bir sıra formatları və mexanizmləri mövcuddur, sahəvi əməkdaşlıq üzrə möhkəm müqavilə-hüquqi baza yaradılır, ən yüksək səviyyədə qəbul edilmiş qərar və razılaşmaların həyata keçirilməsi istiqamətində ciddi iş aparılıb.

Baş nazir əlavə edib: “Şübhəsiz ki, bununla bağlı 2018-ci ildə Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Xəzərdə hərtərəfli əməkdaşlıq üçün baza sənədidir”.

İkinci Forumdan sonra nəqliyyat sektorunda regionun inkişaf etmiş infrastruktura malik böyük beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün əlverişli şərait yaradan mühüm razılaşmalar əldə edilib.

Ə.Əsədov forum iştirakçılarına uğurlu fəaliyyəti bütün region ölkələrinin maraqlarını əhatə edən “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında Azərbaycanın rolu barədə məlumat verilib. O, vurğulayıb ki, Azərbaycan ərazisindən yük daşımalarının artımını nəzərə alaraq, ölkəmiz nəqliyyat infrastrukturunun müasirləşdirilməsi hesabına bu dəhlizlərin ötürücülük qabiliyyətinin artırılmasına əlavə vəsaitlər yatırır.

“İnanırıq ki, Xəzəryanı dövlətlər Xəzərin sülh, harmoniya, mehriban qonşuluq və səmərəli beynəlxalq əməkdaşlıq dənizi olaraq qalması üçün səylərini davam etdirməlidir. Bu, ilk növbədə, bizdən Xəzər dənizində təhlükəsizliyin və sabitliyin təmin edilməsi istiqamətində qətiyyətli tədbirlər görməyi tələb edir”, - deyə Baş nazir bildirib.

Yaşıl energetika və rəqəmsal texnologiyalar sahəsində layihələrin həyata keçirilməsi imkanları sayəsində açılan əlavə perspektivlərə toxunan Ə.Əsədov qeyd edib ki, bu mühüm sahələrdə əməkdaşlıq regiona sabit və ekoloji cəhətdən təhlükəsiz gələcək təmin edir.

“Bu baxımdan regionumuzda ilk dəfə keçirilən COP29 iqlim konfransının əhəmiyyətini qeyd etmək istərdim. Belə əlamətdar beynəlxalq tədbirin keçirilməsi Xəzər regionunun qlobal iqlim gündəmindəki əhəmiyyətini təsdiqləyir və investisiyaların ekoloji cəhətdən təmiz texnologiyalara və davamlı inkişafa fəal cəlb edilməsinə kömək edir”, - deyə hökumət başçısı əlavə edib.

O qeyd edib ki, Xəzər dənizinin ətraf mühitinin hazırkı vəziyyəti Xəzəryanı dövlətlərdə ciddi narahatlıq doğurur və Xəzərin ekoloji problemlərinin həllinə vahid yanaşma tələb edir.

Ə.Əsədov deyib: “Xəzər dənizinin dayazlaşması məsələləri dövlətlərimizin başçılarının VI Xəzər Zirvə toplantısında hərtərəfli müzakirə mövzusuna çevrildi. Səbəblərin müəyyən edilməsi və dayazlaşmanın qarşısının alınması üzrə tədbirlərin müəyyən edilməsi üçün Prezident İlham Əliyev ekspert qrupunun yaradılması təşəbbüsü ilə çıxış edib”.

İşçi qrupun ilk iclasını Bakıda təşkil etməyə imkan verəcək bütün zəruri razılaşmaların tezliklə başa çatacağına ümid ifadə olunub.

Plenar iclasın yekununa dair III Xəzər İqtisadi Forumunun Kommünikesi qəbul edilib.

Tarix
2025.02.18 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Sergey Narışkin Bakıya gəldi

Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi

“Zəfər” ordenli generala yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla