Yuxarı

Fərhad Mehdiyevə qarşı dələduzluq edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fərhad Mehdiyevə qarşı dələduzluq edildi

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev kiberdələduzluğa məruz qalıb.

Axar.az xəbər verir ki, professor bu barədə özü məlumat yayıb.

“İlk dəfədir ki, kiberdələduzluğun qurbanı oldum. İşin içində də Feysbuk, yəni “Meta” şirkəti var. Bu gün kəşf etdim ki, Bank Respublikadakı dollar kartımdan 15 və 17 fevralda hər biri 25 dollar olmaqla 50 dollar çıxılıb, bizimkilər də buna əlavə olaraq 9 dollar vergi tutub. Ödəmə detallarından da anladım ki, pulu Feysbuk reklama görə tutub. Halbuki mən Feysbukda reklamı son dəfə bəlkə 3-4 il əvvəl vermişəm, son reklamdan da heç xəbərim yoxdur”, - Mehdiyev bildirib.

Professor bununla bağlı Feysbuka müraciət də etdiyini deyib:

“Mənə cavab olaraq yazdılar ki, həmin pul tanıdığım bir şəxsin reklamı üçün xərclənib. Lakin istədiyim halda nə mənə o reklamı göstərdilər, nə də ki, həmin şəxsin kimliyini açıqladılar. Bu onların gizlilik siyasətidir. Yəni kimdirsə, mənim pulumla reklam qoyur, amma Feysbuk bunu bildiyi halda məndən gizlədir. Bunun adı məncə, əxlaqsızlıqdır, bunu edən də Feysbukdur, başqası deyil. Çünki mən heç vaxt başqasının səhifəsi üçün öz kart məlumatlarımı verən insan deyiləm.

Əgər həmin şəxs mənim bu statusumu oxuyursa, mənə özəldə yazaraq həmin pulu qaytarmasını xahiş edirəm, xəbər versin ki, kartı blokdan çıxarım. Məsələ bu şəkildə həllini tapmasa, nazirliyə müraciət edib Feysbuka qarşı tədbir görülməsini, bu qəbildən mübahisələrdə cavabdeh ola biləcək şəkildə təmsil olunması üçün ölkədə bir nümayəndəlik açmasını “Meta”ya bildirməsini inzibati qaydada tələb etməli olacam. Hər halda nazirlik mənim tələbimə müsbət cavab verməyəcək, belə halda da məcburən inzibati qaydada “Meta”nın İP-lərinə blok qoyulması üçün iddia qaldıracam. Özüm də Feysbukdan istifadə edirəm, amma bu qədər özbaşınalığı sinəyə çəkməyə hələ hazır deyiləm.

Bank Respublikadan da təbii ki, “chargeback” tələb edəcəm. Onlar da imtina eləsə, gərək onlarla da çəkişək.

Siz də ehtiyatlı olun. Əgər Feysbuk, ya da İnstaqramda nə vaxtsa reklam qoymusunuzsa, bilin ki, “Meta” özbaşına və sizdən xəbərsiz bu pulu çəkməyə cəhd edə bilər. Leobank kimi kartlarda bu barədə sizə bildiriş gəlir, icazə istənilir, təəssüf ki Bank Respublikada belə dələduzluğa qarşı “3D security” sistemi işləmir”.

Tarix
2025.02.18 / 17:38
Müəllif
Axar.az
Digər xəbərlər

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla