Yuxarı

“İstisu” Gürcüstanda satışa çıxarıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İstisu” Gürcüstanda satışa çıxarıldı - Foto

“İstisu” mineral suyunun istehsalının bərpa edilməsindən sonra əsas hədəflərdən biri məhsulun xarici bazarlara çıxarılması olub. Bu məqsədlə təbii xəzinəmiz bir sıra ölkələrdə sərgilənib və təşviq olunub.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Kəlbəcərin məşhur “İstisu”yunun ilk təqdim olunduğu xarici bazarlardan biri Gürcüstandır. Belə ki, işğal səbəbindən 27 illik fasilədən sonra şöhrətini özünə qaytarmaqda olan Azərbaycanın “İstisu”yu Gürcüstanda da əlçatan olub.

Bu zamana qədər Azərbaycanın “Sirab” və “Badamlı” kimi digər mineral suları Gürcüstana ixrac edilməyib. Bunun əsas səbəblərindən biri qonşu ölkədə yerli mineral su məhsullarının zəngin çeşidinin olmasıdır. “İstisu” Gürcüstan bazarına çıxarılmış Azərbaycanın ilk mineral suyudur.

“İstisu”yun 0,5 litrlik və 1 litrlik plastik qabdakı çeşidləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) YDM şəbəkələrində fəaliyyət göstərən “Way Mart” mağazalarında alıcılara təklif olunur.

Suların qiymətinə gəlincə, “İstisu”yun 0,5 litri 2,30 lariyə (1.39 AZN), 1 litri isə 3,20 lariyə (1.93 AZN) satılır.

Xatırladaq ki, “İstisu” mineral suyunun istehsalına 1976-cı ildə Azərbaycanın Kəlbəcər rayonunda başlanılıb. Qısa müddətdə Azərbaycanda və ölkə hüdudlarından kənarda rəğbət qazanıb. 1993-2020-ci illəri əhatə edən işğal dövründə zavodun fəaliyyəti dayandırılıb. 26 iyun 2022-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev “İstisu” mineral su zavodunun təməlini qoyub. 2024-cü il sentyabrında “İstisu” mineral su zavodunun açılışı olub və eyniadlı məhsulun yenidən istehsalına başlanılıb.

Tarix
2025.02.19 / 16:25
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla