Yuxarı

Çökən yolla bağlı rəsmi açıqlama - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çökən yolla bağlı rəsmi açıqlama - Foto

10:00

Bakının Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyası istiqamətində olan əsas yol üzrə hərəkət müvəqqəti məhdudlaşdırılaraq köməkçi yola yönləndirilib.

Bu barədə Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin altından keçən su borusunda qəzanın baş verməsidir.

Qəza baş verəndən dərhal sonra əraziyə Agentliyin və aidiyyəti qurumun əməkdaşları cəlb olunub. Agentlik tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

Aidiyyəti qurum tərəfindən qəzanın aradan qaldırlması üçün prospektdə gecə saatlarında qazıntı işlərinə başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Qəza aradan qaldırıldıqdan sonra qazılmış hissənin bərpası istiqamətində müvafiq işlər aparılacaq.

***

Nərimanov rayonu üzrə abonentləri içməli su ilə təmin edən magistral xətdə baş verən qəza aradan qaldırılıb.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu deyib. O bildirib ki, təmir işlərinə dünən başlanılıb.

"Əməkdaşlarımızın yüksək peşəkarlığı sayəsində problem günün birinci yarısı həll olundu", - deyə o qeyd edib.

Tarix
2025.02.25 / 12:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla