Yuxarı

Azərbaycanlı mühəndislərdən möhtəşəm gəmi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı mühəndislərdən möhtəşəm gəmi - Video

Bir çox xarici mütəxəssislər Azərbaycanlı gəmi mühəndislərinin uğurundan danışır. Söhbət Xəzər hövzəsində ilk dəfə sualtı tikinti işləri apara biləcək və dünyada bənzəri olmayan innovativ üsulla hazırlanan "Xankəndi" gəmisindən gedir. Bakı Gəmiqayırma Zavodunun istehsalı olan gəmi bir sıra göstəriciləri ilə tarixə düşüb.

Xəzərxəbər.com xəbər verir ki, gəminin gövdəsinin minlərlə ton ağırlığında olan iki hissəsi sudan çıxarılır və Bakı Gəmiqayırma Zavodunda qüsursuz olaraq birləşdirilir.

Sonra isə gəminin bütün digər hissələri Azərbaycan mühəndisləri tərəfindən hazırlanaraq gəmiyə əlavə olunur.

İki illik qısa zaman çərçivəsində Azərbaycan mühəndislərinin fasiləsiz əməyinin nəticəsi olan gəmidə işlərin 80 faizi yekunlaşdırılaraq suya salınıb. Artıq son tamamlama işləri suda icra olunur. Gəmi bir sıra göstəricilərinə görə tarixdə adını ilklər siyahısına yazdırıb.

Bakı Gəmiqayırma Zavodunun direktor müavini İmamverdi Həsənov bildirir ki, gəminin bir hissəsi Sinqapurdan hazır gətirilsə də ən çətin mühəndis işlərini məhz zavodda azərbaycanlı mühəndislər həyata keçiriblər.

Xankəndi gəmisinin hissələrinin xaricdən gətirilərək Azərbaycanda birləşdirilməsini bir çox xarici mütəxəssislər mümkünsüz hesab etsə də,yerli mühəndislərinin yüksək bacarığı və peşəkarlığı bunu reallığa çevirib.

Gəmi "Şahdəniz 2" layihəsi çərçivəsində sualtı qazma qurğuları, kəmərlər və digər infrastrukturun inşasında əvəzsiz rol oynayacaq. 378 milyon dollar dəyərində olan gəmi 2017-2027-ci illərdə fəaliyyət üçün nəzərdə tutulub.

Gəminin inşasında 1500-dən çox insan fasiləsiz olaraq işləyib.

"Xəzər Xəbər" mövzu ilə bağlı videomaterialı təqdim edir:

Tarix
2016.05.22 / 00:05
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla