Yuxarı

Məmur övladlarının VİP həyatı - VİDEO

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məmur övladlarının VİP həyatı  - VİDEO

Bu gün sosial şəbəkələrdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğlu Elnur İbrahimovun paylaşdığı şəkillər gündəmdədir. Feysbuk və və İnstaqram səhifələrində onun iddia edilən bahalı yaxta və şəxsi təyyarə şəkilləri yayılıb. Məsələ ilə bağlı Nazim İbrahimovla əlaqə saxlayıb mövqeyini öyrəndik.

Yayılan xəbərlərdə Elnur İbrahimovun sahib olduğu iddia edilən şəxsi təyyarənin ona yox, Nazim İbrahimovun qardaşı biznesmen Hacı İbrahimova aid olduğu da bildirilib. Hacı ibrahimov isə heç bir təyyarəsinin olmadığı, olsaydı, elə özünün istifadə edəcəyini deyib.

Məmur övladları ilə bağlı məlumatların və şəkillərin yayılması isə ilk belə hal deyil. Hətta Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyevin oğlu Elvin Nəbizadənin sosial şəbəkələrdə paylaşdığı fotolardan sonra istefa etməsi faktı da var.

Bu gün isə Baş nazirin müavini Əli Həsənov məmur övladlarının özlərinin, necə deyərlər, VİP həyatlarını hər kəsə nümayiş etdirməsinə özünəməxsus şəkildə münasibət bildirdi.

Prezident İlham Əliyev keçirdiyi müşavirələrdə dəfələrlə məmurlara və onların qohumlarına qanunsuzluqlarla bağlı xəbərdarlıq edib.

Tarix
2014.02.20 / 10:44
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

Zəngəzur dəhlizi bizim üçün unikal yerdir - Mitsidis

1500 əsgər, 17 tankla Tərtərə hücuma keçdilər - General

General: Heydər Əliyev bu istiqamətdə hücumu seçdi

Azərbaycanla müharibə? - Sərkisyanın cavabı və reallıq

Sülh zəmanətlərlə deyil, qarşılıqlı fayda ilə müəyyən edilir

Cənubi Qafqazda davamlı sülhün təmin olunması...

Herisçi Təbrizdən qayıtdı və danışdı – Video

İran müəmması: Danışıqlar başlayır, yoxsa qurudan hücum?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla