Yuxarı

Bu ticarət mərkəzində avtovağzal xidməti təşkil edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ticarət mərkəzində avtovağzal xidməti təşkil edilir

Bu gündən "Azerbaijan Ground Service" MMC “Abşeron” Ticarət Mərkəzinin ərazisində avtovağzal xidməti təşkil edir.

Axar.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.

Məlumata görə, məqsəd ticarət mərkəzi və ətraf ərazilərdə sərnişin daşımaları sahəsində nizamlı və qanunauyğun fəaliyyətin təmin edilməsidir. İstifadəyə verilən məkandan sərnişinlərin əsasən Cənub və Qərb bölgələrinə səfərləri təmin ediləcək.

Səfəröncəsi bütün avtobuslar texniki, sürücülər isə tibbi müayinədən keçiriləcək. Xətlərə çıxan avtobuslara real vaxt rejimində nəzarət olunacaq.

Vətəndaşlar biletləri “biletim.az” portalı üzərindən onlayn qaydada və kassalardan əldə edə bilərlər.

İnformasiya panelləri və təhlükəsizlik sistemləri ilə təchiz edilən ərazidə sərnişinlər üçün rahat gözləmə zalları, dayanacaqlar və iaşə obyektləri yaradılıb. Yeni xidmətin təşkili sərnişin məmnunluğunun daha da artırılmasına xidmət edəcək.

Tarix
2025.03.04 / 11:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və İsrail XİN rəhbərləri görüşdü

Ceyhun Bayramov İsrailə səfərə dəvət edildi

Azərbaycanla İsrail memorandum imzaladı

Bayramovdan Qəzza ilə bağlı açıqlama

İsrail XİN rəhbərindən Bakıda İran açıqlaması

Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?

Prezident Avstraliyanın general-qubernatorunu təbrik etdi

Azərbaycanla ABŞ arasında əlaqələr dinamik inkişaf edir

İrana hücum variantı: Ankara 3 plan hazırladı – Bəs, Bakı?

İlham Əliyev Gideon Saarı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla