Yuxarı

Türkiyəli həkim imtahanda keçid balını toplaya bilmədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəli həkim imtahanda keçid balını toplaya bilmədi

Türkiyə Respublikası vətəndaşı uzman fizioterapevt Musa Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunub, imtahanda müvafiq keçid balını toplaya bilmədiyi üçün uğursuz nəticə əldə edib və ona TKTA tərəfindən yalnız akademik tanınma şəhadətnaməsi təqdim olunub.

Bu barədə Axar.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

"Martın 2-i sosial mediada Türkiyə Respublikası vətəndaşı Musa Kılıçın bakalavriat səviyyəsi üzrə Tiflis Dövlət Tibb Universitetindən əldə etdiyi diplomun saxta olduğuna dair məlumat paylaşılıb və müvafiq qurum tərəfindən adıkeçən şəxsin kvalifikasiyasının tanınmadığına dair fərziyyə irəli sürülüb. Xarici kvalifikasiyaların tanınması üzrə məsul qurum olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) qeyd olunan məqamı aydınlaşdırmaq zərurəti yaranıb. Qeyd etmək istərdik ki, M.Kılıc fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə əldə etdiyi dövlət nümunəli (həqiqi) ali təhsil sənədi ilə xarici kvalifikasiyasının tanınması üçün TKTA-ya müraciət edib. M.Kılıçın müraciəti üzrə icraat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən aparılıb. M.Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunub, imtahanda müvafiq keçid balını toplaya bilmədiyi üçün uğursuz nəticə əldə edib və ona TKTA tərəfindən yalnız akademik tanınma şəhadətnaməsi təqdim olunub. Sözügedən şəhadətnamədə də qeyd olunduğu kimi, akademik tanınma ərizəçiyə yalnız Azərbaycan Respublikası ərazisində təhsilin növbəti pilləsi (səviyyəsi) üzrə təhsilini davam etdirmək hüququ verir”, - açıqlamada qeyd olunub.

Bildirilib ki, qaydalara əsasən, xarici kvalifikasiya əldə etmiş şəxslərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin peşə fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilməsi üçün müvafiq kvalifikasiyanın TKTA tərəfindən tanınması şərt olaraq qanunvericilikdə təsbit olunub.

Qeyd edək ki, bir neçə gün öncə Musa Kılıçın diplomunun saxta olduğu barədə sosial şəbəkədə paylaşım edilib.

Tarix
2025.03.06 / 18:41
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib

Bayramov kollegiya iclası keçirdi, tapşırıqlar verildi

Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto

Şeyx Zayed Fondundan Əliyevlə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla