Yuxarı

Hökumənin adını daşıyan texnika bu zonaya göndəriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hökumənin adını daşıyan texnika bu zonaya göndəriləcək

Qazaxıstanda istehsal olunan və keçən ilin dekabrında Aktauda qəzaya uğrayan AZAL-ın təyyarəsinin bort bələdçisi, Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın şərəfinə adlandırılmış zirehli tibbi maşın xaricdəki sülhməramlı fəaliyyət zonasına göndəriləcək.

Axar.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə zirehli tibbi maşının istehsal olunduğu müəssisəni ziyarət edən Azərbaycanın Qazaxıstandakı hərbi attaşe aparatının nümayəndələrinə müəssisənin texniki direktoru Muxtar Əlmuxanov bildirib.

Müəssisənin mühəndisləri qeyd ediblər ki, bu maşın sülhməramlı missiyalar zamanı tibbi evakuasiya imkanlarını genişləndirmək üçün nəzərdə tutulub.

Layihənin baş mühəndisi Olcazbek Kartqujakov bildirib ki, bu, sülhməramlı fəaliyyət zonasına göndəriləcək ikinci belə nümunədir. Lakin sülhməramlı fəaliyyət zonasına göndəriləcək Hökumə Əliyevanın adının verildiyi ilk maşın olacaq. “İlk nümunə keçən il Qolan təpələrində sülhməramlı missiyanın icrası üçün göndərilmişdi", – deyə o əlavə edib.

Onun sözlərinə görə, maşının konstruksiyasında əsaslı dəyişikliklər edilməyib, lakin Qazaxıstan Müdafiə Nazirliyinin tibb idarəsinin tələbinə uyğun olaraq sanitar avtomobil kimi təkmilləşdirilib.

"Bu, "Arlan" zirehli maşın bazasında hazırlanmış tibbi avtomobildir. Maşının iki konfiqurasiyası mövcuddur: ya altı yüngül yaralını, ya da iki ağır yaralı və üç yüngül yaralını daşıya bilər", – deyə mühəndis məlumat verib. Bildirib ki, bu maşın 8 kiloqram trotil ekvivalentli minanın partlayışına davam gətirə bilir.

Qeyd edək ki, zirehli tibbi maşının Hökumə Əliyevanın şərəfinə adlandırılması təşəbbüsü nəqliyyat vasitəsinin istehsal edildiyi "Kazakhstan Paramount Engineering" şirkətinin təsisçisi Aybek Barısa məxsusdur.

Xatırladaq ki, ötən il dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən AZAL şirkətinə məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hava gəmisində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Tarix
2025.03.12 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Putinin masasına qoyulan sənədləri ələ keçirdi - Foto

Dövlətçiliyimizin 4 mərhələsi: ...Qurtuluş və Quruluş

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla