Yuxarı

Fazil Qasımov və Anar Əliyevə hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fazil Qasımov və Anar Əliyevə hökm oxundu

İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov və eyni cinayətə görə onunla mühakimə edilən Anar Əliyevin növbəti məhkəməsi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, Fazil Qasımov 9 il, Anar Əliyev isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Fazil Qasımov 1 il əvvəl həbs edilib. O, Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu FETÖ ilə əlaqəli olmaqda ittiham olunub. Qasımovla birgə ittiham olunan Qubad İbadoğlu ibtidai istintaq dövründə sərbəst buraxılıb. Onun işi üzrə istintaq davam edir.

Tarix
2025.03.13 / 18:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla