Yuxarı

Endokrinoloji Mərkəzdə yoxlama - Şok faktlar ortaya çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Endokrinoloji Mərkəzdə yoxlama -

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzində yoxlamalara başlayıb.

Axar.az Trend-ə istinadla xəbər verir ki, artıq Mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində cinayət işi başlanıb.

Belə ki, istintaqa cəlb olunanlar arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədova və digər şəxslər var.

Məlumata görə, istintaqa cəlb edilən rəhbər vəzifəli şəxslər Mərkəzdə ciddi qanun pozuntularına yol veriblər.

Mərkəzdə xəstələrdən kütləvi şəkildə rüşvət tələb etmə, xəstə qəbulu prosesində nöqsanlar, qanunsuz reseptlərin yazılması, insulin və digər diabetik dərman preparatlarının pul müqabilində satılması kimi neqativ hallar müəyyən edilib.

Hətta Mərkəzin həkimləri sağlam şəxslərə ağır dibaet diaqnozu qoyaraq onlara arayışları yüksək məbləğ müqabilində satıblar. Hazırda həbs edilənlər olmasa da, bir neçə həkimin ev dustaqlığına alınması haqda qərar verilib.

Tarix
2025.03.14 / 16:27
Müəllif
Axar.az
Digər xəbərlər

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla