Yuxarı

Prezident və xanımı Suqovuşanda məscidin açılışında...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident və xanımı Suqovuşanda məscidin açılışında...

12:29

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak ediblər.

Axar.az xəbər verir ki, eyni vaxtda 100-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Məscidin həyəti də yaşıllaşdırılıb. İbadət ocağının daxilində xüsusi bəzək elementlərindən istifadə olunub.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ilin martında bu ibadət ocağının təməlqoyma mərasimində iştirak ediblər.

Bu məsciddə yaradılan şərait bir daha təsdiqləyir ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının təşəbbüsünə və tapşırıqlarına əsasən, paytaxtda və ölkəmizin bölgələrində onlarla məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib və ya əsaslı şəkildə bərpa edilib.

Qeyd edək ki, işğal zamanı məscidlərimiz də vəhşiliklə dağıdılıb, 67 məsciddən 65-i məhv edilib. İşğaldan azad olunmuş ərazilərimizdə hazırda aparılan geniş quruculuq işləri çərçivəsində yeni məscidlərin inşası da mühüm yer tutur. Suqovuşan kəndindəki məscidin tikintisi eyni zamanda ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı görülən işlərin ardıcıl xarakter aldığını göstərir.

Tarix
2025.03.18 / 18:56
Müəllif
Axar.az
Digər xəbərlər

Şahbaz Şərif bacardı: “İslamabad prosesi” başlayır

Bakı və Moskva arasında kritik müzakirə

Azərbaycanda bu tələblər sərtləşdirilir

Azərbaycanda bu qanun ləğv edilə bilər

Əsabil Qasımov Peterburqda 60 milyonluq kompleks aldı

Litva baş naziri Azərbaycana gəldi

Atəşkəsə nail olan 3 ölkə və İranı silahlandıran 2 güc...

Qalib Qasımov işdən çıxdı

Ceyhun Bayramov iranlı həmkarı ilə nələri müzakirə etdi?

Sibiqa Ceyhun Bayramova zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla