Yuxarı

Alimpaşa Məmmədovla bağlı yeni xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alimpaşa Məmmədovla bağlı yeni xəbər

Şəmkir rayonunun həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayəti araşdırılması üçün hakim icraatına verilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Alimpaşa Məmmədovun kassasiya şikayətinə Ali Məhkəmədə hakim Şahin Yusifovun rəhbərlik etdiyi kollegiyada baxılacaq.

Məhkəmə baxışı iyunun 6-na təyin olunub.

A.Məmmədov kassasiya şikayətində cəzasının azaldılmasını və üzərinə həbs qoyularaq müsadirəsinə qərar verilmiş əmlakının geri qaytarılmasını istəyib.

Bundan əlavə, “Abad Şəmkir” MMC-nin üzərindən müsadirə qərarının götürülməsini də istəyiblər.

Qeyd edək ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi isə sabiq icra başçısının cəzasını 1 il azaldaraq 10 il 6 aya endirib.

Tarix
2025.03.19 / 21:54
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla