Yuxarı

TƏBİB-dən Sabirabadda ölən körpələrlə bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TƏBİB-dən Sabirabadda ölən körpələrlə bağlı açıqlama

TƏBİB Sabirabadda son 10 gündə ölən 3 körpə ilə bağlı məlumat yayıb.

Axar.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə 23.03.2025-ci il tarixində saat 01:20 radələrində 2005-ci il təvəllüdlü 38-39 həftəlik hamilə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 000 qr. ölü döl xaric olunub.

1988-ci il təvəllüdlü 28-29 həftəlik hamilə 24.03.2025-ci il tarixində saat 01:50 radələrində uşaqlıqda 2 dəfə çapıq, ağır dərəcəli preeklampsiya diaqnozu ilə hospitalizasiya olunub. Qeysəriyyə kəsiyi əməliyyatı ilə 820 qr. çəkidə olan körpə dünyaya gəlib, vəziyyəti ağır olan ekstremal azçəkili dölün aparılan reanimasiya tədbirlərinə baxmayaraq, ölüm faktı qeydə alınıb.

Həmçinin, 39-40 həftəlik hamilə olan 2006-cı il təvəllüdlü şəxs isə hospitalizasiya olunub. Doğuşun birinci dövrü, baş gəlişi, rezus faktor mənfi, ölü döl diaqnozları təyin olunub. Zəruri tibbi yardım göstərilən pasiyentin bətnindən 3 000 qr. ölü döl xaric olunub.

Qeyd edilib ki, hər üç zahının müalicəsi tibb müəsisəsinin müvafiq şöbələrində davam etdirilib, hazırda vəziyyətləri stabildir.

Tarix
2025.03.31 / 14:30
Müəllif
Axar.az
Digər xəbərlər

İraq prezidenti WUF13-ə dəvət olundu

Azərbaycan XİN bu ölkəni təbrik etdi

İlham Əliyev Polşa prezidentini təbrik etdi

İran Ermənistandakı Göy Məsciddə tədbir keçirdi

Həkimə qumbara atan şəxslə bağlı hər şey üzə çıxdı - Video

Ərdoğan Ermənistana onu göndərir - Səbəb

Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək

Slovakiya prezidenti Azərbaycana gələcək

İsrail səfirindən Azərbaycanla bağlı açıqlama

Qarabağda buna heyran qaldım - Braziliya səfiri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla