Yuxarı

İmkanım olsa, bütün məscidləri söküb, yerində...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İmkanım olsa, bütün məscidləri söküb, yerində...

Məhkəmələrə rüşvət vermək istəyərəm, adamım olsa (gülür)... Mən rüşvətlə gəlməmişəm, onunla da yaşamaq istəmərəm. Məndən istəsələr də, verməmişəm. Niyə verim ki! Əziyyət çəkirəm. Vermədiyimə görə başıma bu işlər gəlir.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bunu “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov deyib.

"Azərbaycanda milyarder, heç milyonçu da yoxdur. Mənim maksimum 2 milyonum var. Bu dəqiqə min nəfər adam işlədirəm. Maaş, material, vergi - bunları həll etmək asan deyil.

Cəmi bir maşınım var. Oğlum Mehdi hədiyyə edib.

Nəvəm deyir ki, bizə pul vermirsən, dedim, atan icazə vermir. İşlə, 10 min manat verim. Övladlarım məndən ağıllıdır. Böyük oğlum dedi ki, övladlarına pul verməyim. Xahişi belə oldu: “Sən onlara pul versən, bizim günümüzə salacaqsan. Gedib instituta pul verəcəksən, diplom alacaqsan, qoy oxuyub, savadlı olsunlar”.

Dünyada pula yox deyən və düz adam yoxdur. Lakin pul hər şey deyil. Həyatın 80 faizini həll edən vasitədir. Pulu çox sevmirəm. Uşaq olanda ən böyük arzum bir eşşəyimin olması idi. O vəziyyətdən bu vəziyyətə gəlib çıxmaq asan deyil.

“Lamborgini”nin verdiyi xoşbəxtlik bir neçə günlükdür. Bir yerə çatana qədər sevinirsən, o yerə çatandan sonra hər şey sənin üçün sıfırdır. Pulun açmadığı qapılar var. Hazırda cibimdə 4 min manat pul var. Ongünlərlə cibimdə qalır. Hər ehtimala götürürüəm.

75 yaşım var. Mən söz vermişəm ki, 100 yaşımda pensiyaya çıxacam. Ona kimi tikəcəm, işləyəcəyəm”, - o bildirib.

İş adamı dindarlara münasibətindən də danışıb:

“Allaha inanıram, lakin qorxmuram. Qorxum vicdanımdandır. Dindən qorxuram. Mənim əlimdə imkanım olsa, bütün məscidləri söküb yerində məktəb tikdirərəm. Dindarlara inanmıram. Mənə ən böyük zərbələri onlar vurub. İş verirəm, məni aldadırlar. Bütün müqavilələri Allahın adı ilə başlayırlar, sonra da aldadırlar. Dindarların sayının artması ən böyük təhlükədir. Ondan dövlətə qarşı istifadə edirlər”.

Tarix
2025.04.04 / 14:46
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkəni təbrik etdi

Kamran Əliyev həmkarını Bakıya dəvət etdi

Üç nəfərin öldüyü yanğın: vəzifəli şəxs həbs olundu

Azərbaycan və Türkiyə GİA-ya rəhbərlik edəcək - AB

Ceyhun Bayramov İtaliyaya səfər etdi

Şəhid ailələri üçün olan binadan Əli Həsənova ev verilib

"Söyüş blogerləri"nin sponsoru Adnan imiş - Sensasion iddia

Trampın 28 bəndlik planında yeganə qalib: Qazanan kimdir?

Şuşada mühüm tədbir keçirildi

Bakıda bununla bağlı forum keçirildi – İlk dəfə

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla