Yuxarı

FHN yanında İctimai şuraya seçkilər barədə elan!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN yanında İctimai şuraya seçkilər barədə elan!

Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin 2-ci hissəsinə uyğun olaraq, Nazirlik yanında yeni İctimai şuraya seçkilərin keçirilməsini elan edir.

Bu barədə Axar.az-a FHN-dən məlumat verilib.

İctimai şuraya vətəndaş cəmiyyəti institutlarının seçkidə iştirak barədə müraciətləri 7 aprel 2025-ci il tarixindən 2 may 2025-ci il tarixinədək edilə bilər.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında İctimai şurada üzvlüyə namizədlərə dair tələblər və onların qeydiyyatı qaydası

Namizədlərə dair tələblər:

- İctimai şuraya üzvlüyə yüksək mənəvi və əxlaqi keyfiyyətlərə, fövqəladə hallar sahəsində təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir vətəndaşının namizədliyi irəli sürülə bilər;

- hər bir vətəndaş cəmiyyəti institutu İctimai şuraya üzvlüyə yalnız bir namizəd irəli sürə bilər;

- İctimai şura üzvlüyünə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin namizədlikləri irəli sürülə bilməz.

Namizədin qeydiyyatı məsələsinə baxılması üçün təqdim olunmalı sənədlər:

- İctimai şura üzvlüyünə namizədin irəli sürülməsi barədə müraciət (telefon nömrəsi və elektron poçt ünvanı göstərilməklə);

- namizədin şəxsiyyət vəsiqəsinin surəti;

- namizədin tərcümeyi-halı;

- namizəd hər hansı vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti;

- mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara namizədlərə münasibətdə şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənədi (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədləri).

Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.

Sənədlərin qəbulu və baxılması:

Namizədlərin qeydiyyatı məsələsinə Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müvafiq əmri ilə yaradılmış Seçki komissiyası tərəfindən baxılır. Qeydiyyat üçün sənədlər (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Fövqəladə Hallar Nazirliyinə (ünvan: Bakı şəhəri, M.Müşfiq küçəsi, 501-ci məhəllə, əlaqə telefonu: 012-512-04-26) təqdim olunmalıdır.

Tarix
2025.04.04 / 17:20
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla