Yuxarı

Bakıda ər arvadının qulağını kəsdi - Şok səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda ər arvadının üzünə bıçaqla xəsarət yetirib, qulağını kəsib.

Axar.az xəbər verir ki, bu haqda Gününsəsi.info məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 4-də Bilgəh qəsəbəsində baş verib.

1995-ci il təvəllüdlü Zəhra Ramiz qızı Bayramova yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının boşanmaq istəyi olub. Bundan hiddətlənən əri Z.Bayramovanın əvvəlcə qulağını kəsib, daha sonra onun üzünə bıçaqla xəsarətlər yetirib. Ər qadının kəsilmiş qulağını onun cibinə qoyub.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, 04.04.2025-ci il tarixində saat 17:10 radələrində 1995-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Qulağın kəsilmiş-deşilmiş yarası diaqnozu ilə pasiyentə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.04.05 / 15:19
Müəllif
Axar.az
Digər xəbərlər

Qriqoryan Bakı ilə razlaşmalar barədə Şoyquya məlumat verdi

Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan

Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü

İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…

Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…

Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident

Prezident açıqladı: Onun da sonu yaxınlaşır…

Ermənistana verilən silahların qiyməti… - Prezident

Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!

Bu ərazilər Bakıya qaytarılacaq – Paşinyan açıqladı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla