Yuxarı

Boğazını kəsib özünü binadan atan kişi öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakəndə bıçaqla bədəninə çoxsaylı xəsarət yetirdikdən sonra nəfəs borusunu kəsərək xəstəxananın binasından özünü atan 50 yaşlı kişi ölüb.

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynullah Məhəmməd oğlu Hudulov bu gün saat 04:30 radələrində Balakən Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsində keçinib.

Qeyd edək ki, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkən Zeynullah Hudulov mayın 30-dan MRX-nın terapiya şöbəsində müalicə alıb. O, iyunun 1-də bədəninin qarın və döş qəfəsinə bıçaqla 30 yerdən xəsarət yetirib, nəfəs borusunu kəsib, xəstəxana binasının 2-ci mərtəbəsində özünü atıb.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Tarix
2016.06.02 / 09:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla