Yuxarı

“Expressbank”da “Sağlamlıq ayı” keçirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Expressbank” Korporativ Sosial Məsuliyyətini ciddi dərk edən maliyyə institutu olaraq əməkdaşları üçün ardıcıl sağlamlıq tədbirləri keçirməyə davam edir.

7 aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə aprel ayı Bankda “Sağlamlıq ayı” elan edilib. Belə ki, Sağlamlıq ayı çərçivəsində nəzərdə tutulan silsilə tədbirlərdən birincisi “Expressbank” əməkdaşları üçün keçirilən Emosional Zəka mövzusundakı interaktiv seminar olub. Seminar “Psycho” Psixoloji Mərkəzinin peşəkar psixoloqları Lamiyə Miryaqubova və Leyla Sultanova tərəfindən aparılıb.

Tədbir Bankın əməkdaşlarını stres və neqativ emosiyaların idarə olunması, fiziki və zehni rahatlama texnikaları, daxili və xarici motivasiya, münaqişələrin idarə edilməsi və həll yolları, empatiya və özünüdərk bacarıqları haqqında maarifləndirməklə onların iş mühitindəki rahatlıqlarına dəstək olmaq və sağlamlıqlarının qayğısına qalmaq əhəmiyyəti daşıyır. İştirakçıların aktiv sualları və komandalarla iş müşayiəti ilə keçirilən interaktiv seminar eyni zamanda əməkdaşlararası kommunikasiya bacarıqlarının möhkəmlənməsinə, ünsiyyət rahatlığına və zehni istirahətinə zaman ayırmasına xidmət edir.

Qeyd edək ki, “Expressbank” daha əvvəl də əməkdaşlarının sağlamlığına yönəlik bir sıra tədbirlər keçirib və bu yöndə korporativ məsuliyyət strategiyasına sadiqdir.

Tarix
2025.04.07 / 12:15
Müəllif
Axar.az
Digər xəbərlər

Fərzanə Sadiq 3 günlük Bakıya gəlir

Mən, Arutyunyan və Vardanyan buna qarşı idik... - Babayan

Ermənistan atəşkəsi buna görə pozur: 3 mərhələli plan

Britaniya səfirliyi Azərbaycan xalqına başsağlığı verdi

Primakov: Bakıdakı Rus Evi fəaliyyətini bərpa edəcək

Ermənilər mövqelərimizi belə atəşə tutdu - Video

İran Azərbaycana səfir təyin edəcək

Türkiyə Azərbaycana bu məhsulun ixracını dayandırdı

Mirziyayev Qafarovanı qəbul etdi

İranla sərhəddə, Arazın sahilində yol salınır - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla