Yuxarı

30 min iş yeri açılacaq - Nazir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cənub Qaz Dəhlizi" layihəsinin icrası müddətində 30 minədək yeni iş yeri yaradılacaq. Həmin iş yerlərinin 10 mini Azərbaycanda açılacaq.

Azərtac xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıda keçirilən beynəlxalq Xəzər Neft və Qaz "Caspian Oil & Gas" konfransındakı çıxışında məlumat verib. O bildirib ki, mayın 17-də Yunanıstanın Saloniki şəhərində təməli qoyulan "Trans-Adriatik" qaz boru kəmərinin (TAP) tikintisi üzrə hazırlıq işlərinin 10 faizi artıq tamamlanıb: "Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin ümumi dəyəri 9,3 milyard, TAP-ın layihə dəyəri isə 6 milyard dollardır".

Nazir əlavə edib ki, TAP ilə Avropaya nəql ediləcək Azərbaycan təbii qazından Monteneqro, Xorvatiya, Bosniya və Herseqovina da istifadə edə biləcək. Konsorsium tərəfindən bu ölkələrə interkonnektorun çəkilməsi təklif edilib. TAP Bolqarıstanın təbii qaza olan tələbatının 40 faizini təmin etməyə qadirdir.

"TANAP-la Türkiyəyə 6 milyard kubmetr Azərbaycan qazı nəql olunacaq. TANAP Türkiyənin Rusiya qazından asılılığını aradan qaldırmağa kömək edəcək. O cümlədən TANAP qazı Rusiya qazından daha ucuz başa gələcək", - deyə nazir qeyd edib.

Tarix
2016.06.02 / 11:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla