Yuxarı

Xanlar Vəliyev vəzifədən gedir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xanlar Vəliyev vəzifədən gedir

Xanlar Vəliyev Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsindən gedir.

Axar.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu, onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.

Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinə hakim təyin olunacağı gözlənilir.

Qeyd edək ki, Xanlar Rüstəm oğlu Vəliyev 1955-ci ildə Yevlax şəhərində anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla respublika prokurorluğu orqanlarına işə qəbul olub.

O, Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləyib, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının hərbi prokuroru vəzifəsinə təyin edilib və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir.

Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni, 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 17 mart 2025-ci tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medal və digər medallarla təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adına layiq görülüb.

Prokurorluğun fəxri işçisi X.R.Vəliyev ədliyyə general-leytenantı hərbi rütbəsindədir. Hüquq üzrə fəlsəfə doktorudur. O, müxtəlif məzmunlu məqalələrin, elmi əsərlərin, monoqrafiyaların, kitabların və dərs vəsaitlərinin müəllifidir.

Xanlar Vəliyevin bu il martın 15-də 70 yaşı tamam olub.

Tarix
2025.04.07 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

Başçı Ülviyyə Əliyevanı işdən çıxartdı

İlham Əliyevin Tiflis səfəri başa çatdı

Bakıda əmlak bazarı çökdü: Bu evlərin qiyməti kəskin düşəcək

Azərbaycanda dollar ucuzlaşdı

İlham Əliyev İvanaşvili ilə görüşdü

Mehriban Əliyevanın şərəfinə Tiflisdə lanç verildi

“Azercell” “Tələbə Təqaüdü Proqramı”nın qaliblərini təbrik etdi

İlham Əliyevlə Kobaxidzde bəyanatlarla çıxış etdilər

Əliyeva Tiflisdə Azərbaycan Mədəniyyəti Muzeyində...

ABŞ-ın inanılmaz əməliyyatı: İrana nələr edəcəyini göstərdi!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla