Yuxarı

Xətaidə ümumrayon iməciliyi və ağacəkmə aksiyası - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətaidə ümumrayon iməciliyi və ağacəkmə aksiyası - Foto

Aprelin 12-də Xətai rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində ümumrayon iməciliyi və ağacəkmə aksiyası təşkil olunub.

Axar.az xəbər verir ki, aksiyada rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon idarə-müəssisə kollektivləri, rayon bələdiyyələri, rayon ağsaqqalları, şəhid ataları və sakinlər iştirak ediblər.

Ümumrayon iməciliyində rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, rayon üzrə xidmət göstərən idarə-müəssisə və təşkilatların, təhsil, səhiyyə müəssisələrinin əməkdaşları iştirak ediblər.

H.Əliyev parkında və 8 Noyabr prospektində təşkil olunan ağacəkmə aksiyasında əraziyə ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, ekoloji sabitliyin qorunması, şəhərin ekoloji tarazlığını bərpa etmək və insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.

Mövsüm ərzində Xətai rayonunda ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməciliklər davam etdiriləcəkdir.

Tarix
2025.04.12 / 15:51
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

Bitkoin kəskin ucuzlaşdı

Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar

Gərginliyin aradan qaldırılmasına töhfəyə hazırıq - Prezident

İlham Əliyev Pezeşkiana zəng etdi

Xankəndidə neçə erməni yaşayır?

İran ABŞ-la sazişi rədd etdi: Hücum qaçılmazdır

İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...

İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...

Hacıyevdən İran açıqlaması: Bunu ABŞ-la müzakirə etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla