Yuxarı

Bu bankda kredit faizləri reklam olunandan çox yüksəkdir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu bankda kredit faizləri reklam olunandan çox yüksəkdir

2025-ci ilin birinci rübü “Yello Bank” üçün uğurlu olmayıb. Aprelin 1-nə qurumun aktivləri ilin əvvəli ilə müqayisədə azalıb. Belə ki, bankın aktivləri 1 milyard 279 milyon 637 min manatdan 1 milyard 260 min 888 min manata düşüb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, “Yello Bank”ın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri də azalıb. 2024-ci ilin sonundakı 229 milyon 962 min manatdan aprelin 1-i tarixinə 213 milyon 309 min manata düşüb.

Maliyyə qurumunun banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcminə gəlincə, ilin əvvəlindəki 61,743.80 min manatdan birinci rübün sonuna 21,124.40 min manata geriləyib. Bankın öhdəlikləri 2024-cü ilin sonundakı 1 milyard 135 milyon 645 min manatdan 2025-ci ilin ilk üç ayında 1 milyard 105 milyon 813 min manata qədər azalıb. Öhdəliklərin azalmasında əhalinin bankdan pullarını geri götürməsi rol oynayıb. Belə ki, maliyyə qurumunun depozit portfeli 2024-cü ilin son rübü ilə müqayisədə (928,774.35) 15 milyon 296 min manat azalaraq 913,477.90 min manata düşüb. Hesabat dövründə hüquqi şəxslər 24 milyon 337 min manatı bankdan çıxarıblar. Ümumilikdə bankın kredit portfeli 960,276.43 min manat, depozit portfeli isə 913,477.90 min manatdır.

Faiz gəlirləri azalıb

İlin üç ayında “Yello Bank”ın ötən ilin birinci rübü ilə müqayisədə kreditləşməni artırmasına baxmayaraq, faiz gəlirləri 0.48% azalıb.

2025-ci ilin aprelin 1-i tarixinə bankın faiz xərcləri 13,105.43 (ötən ilin eyni dövründə 12,121.75 min manat) min manata çatıb.

Bankın qeyri-faiz gəlirləri isə 72.71% i azalıb. Əgər 2024-cü ilin ilk rübündə “Yello Bank” 15,084.65 qeyri-faiz gəliri əldə etmişdisə, 2025-ci ilin birinci rübündə bu rəqəm 4,113.57 manat olub.

“Yello Bank”ın mənfəəti kəskin düşüb

Beləliklə, 2024-cü ilin ilk üç ayında “Yello Bank” 15,479.47 min manat xalis əməliyyat mənfəəti əldə etmişdisə, bu ilin eyni dövründə cəmi 8,951.53 min manat əməliyyat mənfəəti əldə edib. Bu da 42.15% azalma deməkdir. Dövr üzrə xalis mənfəəti 11,199.62 min manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20.71% azdı. Həmin vaxt bank 14 mln. 125.50 min manat xalis mənfəət əldə etmişdi.

"Ümidsiz" kreditlər

Bankda 32 milyon 426 min manat kreditin vaxtı keçib. Müqayisə üçün bildirək ki, 2024-cü ilin birinci rübündə vaxtı keçmiş kreditlər 26 milyon 635 min manat olub.

Aldadıcı kredit faizləri

Sosial şəbəkələrdə verilən elanlarda, eləcə də mobil telefonlara gələn mesajlarda “Yello Bank” 10-12 faizlə nağd kredit təklif edir. Bankın rüblük hesabatında regionlar üzrə kreditlərin orta faiz dərəcələrinə diqqət yetirdikdə fərqli mənzərə ortaya çıxır. Belə aydın olur ki, bank bir Ordubad, bir də Zaqatalada aşağı faizlə - yəni 7-8 faizlə kredit ayırır. Kreditləşmənin payının çox olduğu Bakıda faiz dərəcələri 15.53%-dən başlayır. Neftçala, Qobustan rayonlarında orta kredit faizləri hətta 20%-dən yüksəkdir.

Tarix
2025.04.15 / 18:53
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla