Yuxarı

Dolu təsərrüfatlara ciddi ziyan vurdu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Şəkidə yağan dolu və güclü yağış küləklə müşayiət olunub. Hətta vəziyyət o yerə çatıb ki, sürücülər maşınları saxlamalı olublar. Bəzi kəndlərdə leysan və doluya görə sel də yaranıb. Bənzər hava Tovuzun da dağ kəndlərində müşahidə olunub.

Xəzərxəbər-in məlumatına görə, günorta saatlarında güclü külək və leysan, hətta dolu ağacları aşırıb, budaqları sındırıb.

Şahidlərin sözlərinə görə, əvvəlcə yağış yağmaya başlayıb, arxasınca güclü külək əsib. Yağıntı leysan və doluya da çevrilib, görmə məsafəsi xeyli azalıb. Bəzi sürücülər yolda olarkən doluya tutulub, avtomobilləri saxlamalı olublar.

Şəki regional Hidrometeorologiya müəssisəsindən verilən məlumata görə, dolu əsasən Şin, Şorsu və Aşagı Qaradaglı kəndlərində müşahidə olunub.

Yağıntılı hava şəraiti şimal-qərb bölgəsi ilə yanaşı, qərb bölgəsində də müşahidə olunub.

Videodakı kadrlar Tovuz rayonunun Sofular kəndindəndir. Sakinlərin bildirdiyinə görə, diametri azı 5-6 santimet olan dolu damlarin şifer örtüyünə xeyli ziyan vurub. Əkinə və meyvə bağlarına da ciddi ziyan dəyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Tarix
2016.06.05 / 01:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla