Yuxarı

Yalnız bu həkimlər plastik cərrah kimi fəlaiyyət göstərəcək - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yalnız bu həkimlər plastik cərrah kimi fəlaiyyət göstərəcək - Siyahı

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Bu barədə Axar.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Sözügedən tibb mütəxəssisləri Xüsusi Təftiş Komissiyasının iclaslarına dəvət olunub və sənədləri ətraflı araşdırılıb. Əvvəlcədən xəbərdarlıq edilməklə iclasların video-audio çəkilişləri aparılıb və hər bir iclas protokollaşdırılıb. Komissiyanın ümumilikdə 11 iclası keçirilib.

Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı” tərtib olunaraq bu linkdə yerləşdirilib.

Qeyd olunan linkdə göstərilən siyahı 17 aprel 2025-ci il tarixinə olan məlumatları özündə əks etdirir. Tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yeniləcək.

Bununla yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə “Cərrahiyyə profili üzrə digər peşə ixtisas sahibləri tərəfindən ali ixtisas tibb təhsilinin tədris proqramlarına uyğun olaraq icrasına icazə verilən plastik cərrahiyyə sahəsinə aid əməliyyatların Siyahısı” təsdiq edilib.

Sözügedən siyahı ilə bu linkdə tanış ola bilərsiniz:

Tarix
2025.04.17 / 11:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla Ukrayna arasında mühüm müzakirə

Bu nazirlikdə yeni agentlik yaradıldı

İlham Əliyev ABŞ-da: Brandtla görüşdü...

ABŞ Bakıya bu hərbi texnikanı göndərir - Nə baş verir?

Mehriban Əliyeva Ramazan ayı ilə bağlı bu sözləri yazdı

“Amnesti İnternəşnl”ın bəyanatı əsassızdır - QAİ

Bakıda saxlanılan 11 rusiyalının azad edilməsi... - Zaxarova

Hüseynovlar rus kəşfiyyatının alətinə çevriliblər

Səhiyyədə qaranlıq büdcə: TƏBİB niyə illərdir hesabat vermir?

Vensin İrəvanda təhqiramiz addımı və səhvi... - Sasunyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla