Yuxarı

Ağdam-Xankəndi yolundan yeni görüntülər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Prezident İlham Əliyevin sərəncamna əsasən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası çərçivəsində Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun tikintisini sürətlə davam etdirir.

Agentlikdən Axar.az-a verilən məlumata görə, yol başlanğıcını Bərdə-Ağdam avtomobil yolundan götürür və ümumi uzunluğu 33,6 km təşkil edir.

Sözügedən yolun ilk 11,7 km-lik hissəsi layihə üzrə II texniki dərəcəyə uyğun, qalan 21,9 km-lik hissəsi isə I texniki dərəcəyə uyğun yenidən qurulur. Torpaq yatağının eni müvafiq olaraq 15 və 26,5 metr təşkil edir, hərəkət zolaqlarının sayı isə 2 və 4 zolaqdır. Hər bir istiqamət üzrə çiyinlərin eni 3,75 metrdir.

Hazırda layihə boyu torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilməklə yol geyiminin tikintisi aparılır. Yol yatağı və yol əsası hazır olan hissələr asfaltlanır. Artıq 3,6 km hissədə 2 lay asfalt-beton örtük döşənilib.

Bundan başqa yol boyu 148 ədəd müxtəlif diametrlərə malik düzbucaqlı və dairəvi suötürücü boruların, eləcə də keçidlərin tikintisi işləri görülüb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Layihədə nəzərdə tutulan 6 707 metr uzunluğa malik istinad divarından 4397 metr hissəsi artıq inşa edilib.

Qeyd edilən işlərə paralel olaraq 1 və 3 aşırımlı 5 körpünün inşası da sürətlə davam etdirilir. Körpülər yolun 1,6, 4,4, 7,2, 9,6 və 14-cü km-lik hissələrində inşa edilir.

Layihə boyu ümumi fiziki tərəqqi 72% təşkil edir.

Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu bölgədə gediş-gəlişi asanlaşdıracaq, kənd təsərrüfatının, turizmin inkişafına əhəmiyyətli təsir göstərəcək.

Yol Bərdə istiqamətindən Xankəndi, Şuşa və Laçın şəhərlərinə getmək istəyən sürücü və sərnişinlərin Ağdam şəhərinə daxil olmadan bu yoldan istifadə edərək sürətlə və təhlükəsiz hərəkətlərini davam etdirmələrinə imkan verəcək.

Tarix
2025.04.21 / 09:27
Müəllif
Axar.az
Digər xəbərlər

“Tuşonka-2” əməliyyatı başlayır: İfşalar olacaq - Şahnazaryan

Çin-ABŞ gərginliyi artır: Tramp ilk dəfə “soyuq savaş” dedi…

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

Səfirimiz İran xarici işlər nazirinin müavini ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə Xankəndi görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla