
Azərbaycan onu Özbəkistana ekstradisiya etdi
14:42
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Tərtər rayonunda bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.
Axar.az xəbər verir ki, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.
Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü - Rüfət Mais oğlu Tağızadə, onun həyat yoldaşı Əfsanə Fəqan qızı Tağıyeva, onların övladları Ümid Rüfət oğlu Tağızadə və Sürəyya Rüfət qızı Tağızadə yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.
Tarix
2025.04.21 / 12:16
|
Müəllif
Axar.az
|